AZ

Azərbaycanın 10 milyonuncu sakini məktəbə qədəm QOYUR – FOTO

Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır. 

2019-cu il aprelin 6-da Azərbaycanın əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı verilib. Prezident İlham Əliyev və Birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.

Hazırda məktəbə qədəm qoyan Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Mehriban anasının da işlədiyi 7 nömrəli tam orta məktəbdə təhsil alacaq.

Bizim.Media xəbər verir ki, atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirirlər:

“Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq”.

Mehriban və onun ailəsinə məktəb həyatında uğurlar arzu edirik!




Bizim.Media

Seçilən
33
16
bizim.media

10Mənbələr