AZ

Azərbaycanın 10 milyonuncu sakini məktəbə qədəm qoyur - FOTO

2019-cu ildə Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır. Onun məktəb həyatına qədəm qoyması təkcə ailəsi üçün deyil, ölkə üçün də simvolik hadisə hesab olunur.
 
Qeyd edək ki, 2019-cu il aprelin 6-da Azərbaycanın əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı verilib. Prezident İlham Əliyev və Birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.
 
Hazırda məktəbə qədəm qoyan Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Anası informatika müəllimi olduğu üçün valideynləri Mehribanın da təhsilini anasının çalışdığı 7 nömrəli tam orta məktəbdə davam etdirməsinə qərar veriblər.
 
Moderator.az xəbər verir ki, atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirirlər.
 
"Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq".
Seçilən
10
16
moderator.az

10Mənbələr