AZ

Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl

Sabirabad rayonu Moranlı kəndində dəhşətli qətl hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
10
sabahinfo.az

10Mənbələr