AZ

İlk dərs günü: Bakı yollarında 20 istiqamət üzrə sıxlıq var

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 

 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 

 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

 

 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 

 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 

 8. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 

 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 

 10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

 

 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 

 12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 

 13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 

 14. Babək prospekti, mərkəz istiqamətində;

 

 15. "20 Yanvar" dairəsində;

 

 16. Həsənoğlu küçəsi, Heydər Əliyev prospekti ilə kəsişmədən Fətəli xan Xoyski prospekti istiqamətində;

 

 17. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 

 18. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

 

 19. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

 

 20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
32
49
senzor.az

10Mənbələr