AZ

Putin NATO-nun reaksiyasını yoxlayır - Sikorski

Rusiya PUA-larının Polşa hava məkanına girməsi NATO-nun reaksiyasını yoxlamaq məqsədilə mərhələli şəkildə həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Sikorski Polşaya hücumdan bir neçə gün sonra NATO üzvü Rumıniyaya da rus PUA-larının daxil olduğunu xatırladıb:

“Dronlar hədəflərinə çatmadı, az ziyan dəydi və heç kim xəsarət almadı. Əgər hücum ölkədə tələfat yaratmış olsaydı, Polşanın reaksiyası çox daha sərt olardı. Putin kimi aqressiv və yalançı bir rəqibə qarşı yalnız sərt və effektiv qarşı tədbirlər işləyir”, – Sikorski bildirib.

Seçilən
78
1
axar.az

2Mənbələr