AZ

BYD-dən 306 min manatlıq yeni krossover: Loqotipi qızıldandır – VİDEO

Çində yeni "BYD Yangwang U8L" flaqman krossoveri təqdim edilib.

Bizim.Media bu barədə Carnewschina.com portalına istinadla xəbər verir.

Avtomobilin qiyməti 1.28 milyon yuandır (təqribən 306 min manat - red.).

Yeni U8L-in uzunluğu 5 400 mm, eni 2 049 mm, hündürlüyü isə 1 921 mm-dir. Təkər bazası 3 250 mm təşkil edir.
 

Avtomobildə dar faralar və matris radiator barmaqlığı var. Yolsuzluq avtomobili "Oracle" loqotipi ilə təchiz edilib. O, xalis 24 karat qızıldan hazırlanıb.


Qeyd olunur ki, avtomobil 1 180 at gücünə malik hibrid güc qurğusu ilə təmin edilib.



Bizim.Media

Seçilən
29
8
bizim.media

9Mənbələr