AZ

İsveçrənin UBS şirkəti ABŞ-a köçməyi düşünür

İsveçrənin ən böyük bankı olan UBS-in rəhbərliyi İsveçrə hökumətinin bank üçün kapital tələblərini sərtləşdirməsi fonunda baş ofisini Sürixdən ABŞ-a köçürə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 162 yaşlı bankın rəhbərliyi bu yaxınlarda ABŞ prezidenti Donald Trampın administrasiyasının rəsmiləri ilə görüşüb, strategiyada mümkün dəyişikliyə, o cümlədən Amerika bankının alınması və ya hətta birləşməyə hazırlaşır. 

Qeyd olunur ki, İsveçrə hökumətinin yeni kapital tələbləri UBS-ni təhlükəsizlik yastığının ölçüsünü 26 milyard dollar artırmağa məcbur edəcək. UBS bu qaydalarla razılaşmır, çünki onlar beynəlxalq səviyyədə qeyri-mütənasib və uyğunsuzdur. Bank hazırda kapital artımını azaltmaq üçün İsveçrə tənzimləyiciləri ilə danışıqlar aparır.

Seçilən
38
ucnoqta.az

1Mənbələr