AZ

Həkimlər zəhərlənmənin müalicəsində yol verilən təhlükəli səhvlərdən danışıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qastroenteroloqlar uşaqlarda və böyüklərdə zəhərlənmələrin müalicəsində yol verilən ümumi səhvlərdən danışıblar.
Oxu.Az-ın Mk.ru-ya istinadən verdiyi xəbərə görə, mütəxəssislər vurğulayıblar ki, düzgün olmayan hərəkətlər xəstənin vəziyyətini ciddi şəkildə pisləşdirə bilər.
"Həkimə müraciət etmək mütləqdir. Özbaşına müalicə etmək olmaz. Çünki ilk mərhələlərdə insan onun başına gələnləri qiymətləndirməkdə çətinlik çəkir" , - deyə qastroenteroloq Olqa Torozova vurğulayıb.
Həkim izah edib ki, zəhərlənmə əlamətləri altında virus infeksiyaları, botulizm, hətta kəskin cərrahi patologiyalar gizlənə bilər.
Mütəxəssisin fikrincə, klinik mənzərəni pozmamaq üçün həkimə getməzdən əvvəl ağrıkəsici qəbul etmək olmaz:
"Məsələn, ishal başlayan anda prosesi ləngidən dərmanlardan istifadə etmək olmaz. Onlar hər şeyi dayandırır və beləliklə, toksin daha çox toplanır", - deyə qastroenteroloq Marqarita Lısova qeyd edib.
O əlavə edib ki, bu cür dərmanlar ishalın simptomatik aradan qaldırılması üçün deyil, yalnız həkim nəzarəti altında kompleks müalicəyə başladıqdan sonra qəbul edilə bilər.
Seçilən
96
26
oxu.az

10Mənbələr