İspaniya La Liqasının IV turunda "Barselona" "Valensiya"nı məğlub edib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqib üzərində 6:0 hesablı darmadağına sevinib. Oyunda Robert Levandovski, Rafinya və Fermin Lopez dubla imza atıb.

Qeyd edək ki, "Barselona" turnir cədvəlində 10 xalla 2-ci yerdədir. "Yarasalar" isə 4 tura 4 xal toplayaraq 12-ci yerdə qərarlaşıb. 

Oyunda vurulan qolları təqdim edirik: