AZ

Azərbaycanda Bilik Günüdür

Musavat.com xəbər verir ki, sentyabrın 15-dən etibarən ölkənin bütün təhsil müəssisələrində yeni tədris ili başlayıb.

Bu il Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalanın məktəb və universitetlərdə dərslərə start verdiyi bildirilib.

Rəsmi məlumata görə, 2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinfə qədəm qoyub. Ali təhsilin bütün səviyyələrinə isə 75 min tələbə qəbul olunub.

Qeyd edək ki, bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və onların yerini “Rəqəmsal məktəb” platforması tutur. Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Son illərdə isə ölkədə 600-ə yaxın yeni məktəb tikilib və ya əsaslı təmir edilib, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib.

Seçilən
39
32
musavat.com

10Mənbələr