AZ

“Şamaxı”dan qələbə, “Neftçi” heç heçə etdi YENİLƏNİB

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Bununla da “Şamaxı” 4 turdan sonra 5 xalla 6-cı, Yevlax klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkib. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0.

14 sentyabr (bazar)

16:30. “Şamaxı” – “Karvan-Yevlax” 3:0

Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Əliyev

Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Sabah” 0:0

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

“Neftçi Arena”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
idmanxeber.az

2Mənbələr