Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bununla da “Şamaxı” 4 turdan sonra 5 xalla 6-cı, Yevlax klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkib. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0.
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan-Yevlax” 3:0
Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah” 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”