AZ

İran nüvə obyektlərini yoxlamaq üçün müfəttişləri seçmək hüququ qazanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında yeni əməkdaşlıq sazişi Tehrana İranın nüvə obyektlərində yoxlama aparacaq agentlik əməkdaşlarının kimliyini seçmək hüququ verir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Müctəba Zarei bildirib.
"Xarici işlər naziri Abbas Əraqçı BAEA-nın baş direktoru Rafael Qrossidən öhdəlik götürüb ki, Ali Milli Təhlükəsizlik Şurası bundan sonra təftişləri öz üzərinə götürüləcək. İran hətta müfəttişləri seçmək hüququna malikdir" , - deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 9-da İran və BAEA Qahirədə İsrail və ABŞ-nin iyun hücumlarından sonra dayandırılmış əməkdaşlığı bərpa etmək barədə saziş imzalayıblar.
Seçilən
49
50
oxu.az

10Mənbələr