Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 14 sentyabr, AZƏRTAC
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Sentyabrın 17-də Münxen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.