Kolumbiyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Frontino şəhərindən 9 km məsafədə olub. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.