Bakı. Trend:
Kolumbiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzixəbər verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Frontinoşəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 13 km dərinlikdəolub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.