AZ

Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinintəməlini qoyub.

Trend xəbər verirki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizinbaşçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanıdağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləriyerləşdiriləcək.

Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılmasınəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyatakeçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərinköçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101ədəd dörd, 20 ədəd beş otaqlı olmaqla, 404 fərdi ev inşa ediləcək.Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmətbinalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası,16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su vəkanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.

2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektarayaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin,ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dördvə beş otaqlı olmaqla 771 fərdi ev və iki-üç mərtəbəli yaşayışbinaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayıkəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyənedilib.

Seçilən
34
49
az.trend.az

10Mənbələr