AZ

İki qəzada üç nəfər həyatını itirib

İki

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobili toqquşub və nəticədə yanğın baş verib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

DİN-nin Mətbuat Xidmətinin regional qrupundan bildiriblər ki, “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Digər yol-nəqliyyat hadisəsi Şəmkir rayonu ərazisində qeydə alınıb.

Məlumatla əlaqədar qəza yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son məlumata görə, yol-nəqliyyat hadisəsində xəsarət alan digər şəxs xəstəxanada ölüb.

Qəzada ölən sürücü 1990-cı il təvəllüdlü X. Çobanov, sərnişin isə 1991-ci il təvəllüdlü S. Məmmədovdur.

Faktlarla bağlı araşdırma aparılır.
Seçilən
51
1
reyting.az

2Mənbələr