AZ

İki qəzada üç nəfər həyatını itirib

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobili toqquşub və nəticədə yanğın baş verib.Reyting.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. DİN-nin Mətbuat Xidmətinin regional qrupundan bildiriblər ki, “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.Digər yol-nəqliyyat hadisəsi Şəmkir rayonu ərazisində qeydə alınıb.Məlumatla əlaqədar qəza yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Son məlumata görə, yol-nəqliyyat hadisəsində xəsarət alan digər şəxs xəstəxanada ölüb.Qəzada ölən sürücü 1990-cı il təvəllüdlü X. Çobanov, sərnişin isə 1991-ci il təvəllüdlü S. Məmmədovdur.Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
reyting.az

2Mənbələr