AZ

Londonda aksiyada onlarla polis xəsarət alıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

London, 14 sentyabr, AZƏRTAC

Londonda ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi “Unite the Kingdom” adlı aksiyada gərginlik baş verib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aksiyaya təxminən 150 min nəfərin qatıldığı bildirilir. Şəhər polisinin məlumatına görə, aksiya zamanı baş verən qarşıdurmalarda 26 polis əməkdaşı xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Polis əməkdaşlarının dişlərinin sınması, beyin silkələnməsi, disk yırtığı və kəllə-beyin travması aldığı açıqlanıb.

Mitinqə paralel olaraq, “Stand Up To Racism” təşkilatının çağırışı ilə 5 min nəfərdən çox insan etiraz aksiyasına qoşulub. Günün ikinci yarısında iki aksiya Uaythall küçəsində polis sıraları ilə ayrılıb.

Mitinqin təhlükəsizliyi üçün 1000 polis əməkdaşı cəlb edib, əlavə olaraq regionlardan 500 polis nəfəri gətirilib. Köməkçi komissar Matt Tvist bildirib ki, aksiya iştirakçılarının bir hissəsi dinc etiraz etmək üçün toplansa da, çoxlarının məqsədi zorakılıq törətmək olub.

Hazırda 25 nəfər saxlanılıb, lakin polisin sözlərinə görə, bu rəqəm yalnız başlanğıcdır və insidentdə iştirak edən daha çox şəxs müəyyən ediləcək. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud polisə hücum edənləri kəskin pisləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
3
azertag.az

4Mənbələr