AZ

“Bavariya” “Hamburq”u darmadağın etdi

“Bavariya” klubu Bundesliqanın üçüncü turunda Münhendə “Hamburq”u qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə “Bavariya” qonaqların qapısından beş cavabsız top keçirib.

Qeyd edək ki, ötən gün daha bir neçə oyun keçirilib. “Borussiya” klubu səfərdə “Haydenhaym” üzərində 2:0 hesabı ilə qələbələ qazanıb. “Köln” çətin “Volfsburq” səfərində heç-heçə edib - 3:3. Paytaxt təmsilçisi “Union Berlin” öz meydanında “Hoffenhaym”a məğlub olub - 2:4. “Leyptsiq” səfərdə “Mayns” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. “Frayburq” isə doğma divarlar arasında “Ştutqart”a 3:1 hesabı ilə qalib gəlib.

Üçüncü turun ilk görüşündə Leverkuzenin “Bayer” komandası öz meydanında Frankfurtun “Ayntraxt” klubunu məğlub edib - 3:1.

Seçilən
23
1
axar.az

9Mənbələr