AZ

Quba rayonun ictimaiyyətinin iştirakı ilə “Virtual arenada hibrit hücumlar – Risklər və çıxış yolları” mövzusunda maarifləndirici təlim baş tutub - FOTO

"Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində Quba Rayon İHB-nin Alpan kənd İƏD üzrə nümayəndəliyində “Virtual arenada hibrit hücumlar – Risklər və çıxış yolları” mövzusunda rayonun müəllimləri və valideynlər ilə maarifləndirici təlim baş tutmuşdur.

Bu təlimdə iştirakçılara müasir informasiya müharibələrinin mahiyyəti, sosial şəbəkələr üzərindən aparılan manipulyasiya üsulları və dezinformasiya kanalları haqqında geniş məlumat verilmişdir. Müzakirələr zamanı xüsusilə uşaqların və gənclərin rəqəmsal mühitdə daha çox hədəf alındığı vurğulanaraq, valideynlərin övladlarının onlayn fəaliyyətlərinə diqqət etməsinin vacibliyi qeyd edilmişdir.

“Virtual mühitdə fərdi məlumatların qorunması”, “informasiya təhlükəsizliyində müəllim və valideynlərin rolu”, “saxta xəbərlərin aşkarlanması və düzgün informasiya seçimi” mövzularında təqdimatlar edilmiş eləcə də iştirakçılara praktik tövsiyələr verilmişdir.

Təlim interaktiv müzakirə formasında təşkil olunmuş, müəllim və valideynlər öz suallarını ünvanlamış, onlarla gündəlik həyatda qarşılaşdıqları real nümunələr əsasında fikir mübadiləsi aparmışlar.

Seçilən
48
qht.az

1Mənbələr