AZ

Premyer Liqa klubuna texniki məğlubiyyət veriləcək

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”ı qəbul edən “İmişli” klubuna texniki məğlubiyyət veriləcək.

Publika.az-ın məlumatına görə, buna səbəb meydan sahiblərinin oyuna adı iştirak ərizəsində olmayan futbolçunun daxil etməsi olub.

Çempionatın debütantının baş məşqçisi Jorj Kaşkilya görüşün 67-ci dəqiqəsində Ezekil Morqanın əvəzinə İbrahim Əliyevi meydana buraxıb. Əliyevin adı isə oyunun protokolunda yer almayıb. Çempionatın əsasnaməsinə görə, adı iştirak ərizəsində olmayan futbolçunun meydana buraxan komandaya texniki məğlubiyyət verilir.

Qeyd edək ki, görüş “İmişli”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
17
10
publika.az

10Mənbələr