AZ

“İmişli”yə texniki məğlubiyyət veriləcək

Bu gün Premyer Liqanın 4-cü turu çərçivəsində “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlmiş “İmişli”yə texniki məğlubiyyət veriləcək.

Tribunainfo.az-ın futbolinfo.az saytına istinadən yaydığı məlumata görə, buna əyalət klubunun adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxması səbəb olub.

PFL-dən də bu məlumatı təsdiqləyiblər. AFFA İntizam Komitəsinin növbəti iclasında bu məsələyə dair qərarın rəsmən açıqlanması gözlənilir.

Seçilən
28
2
tribunainfo.az

10Mənbələr