La Liqada avqustun ən yaxşı futbolçusunun adı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti açıqlayıb.
Bu mükafata üç matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan "Vilyarreal"lı hücumçu Nikolas Pepe sahib çıxıb.
O, mükafata digər namizədlər - “Barselona”nın vingeri Lamin Yamal (2 qol+2 məhsuldar ötürmə), “Real Madrid”in hücumçusu Kilian Mbappe (3 qol), “Atletik Bilbao”nun yarımmüdafiəçisi Niko Uilyams (1 qol + 1 ötürmə) və “Espanyol”un futbolçusu Pere Millanı (2 qol) üstələyib.
Mirağa