EN

La Liqada avqustun ən yaxşı futbolçusu açıqlandı - Nə Mbappe deyil, nə də Yamal

La Liqada avqustun ən yaxşı futbolçusunun adı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti açıqlayıb.

Bu mükafata üç matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan "Vilyarreal"lı hücumçu Nikolas Pepe sahib çıxıb.

O, mükafata digər namizədlər - “Barselona”nın vingeri Lamin Yamal (2 qol+2 məhsuldar ötürmə), “Real Madrid”in hücumçusu Kilian Mbappe (3 qol), “Atletik Bilbao”nun yarımmüdafiəçisi Niko Uilyams (1 qol + 1 ötürmə) və “Espanyol”un futbolçusu Pere Millanı (2 qol) üstələyib.

Mirağa

Chosen
55
1
fanat.az

2Sources