AZ

Yeni "iPhone"un Çində satışına icazə verilməyib

"Apple" korporasiyası "iPhone Air"in Çində satışına icazə ala bilməyib. Bu barədə "South China Morning Post" məlumat yayıb. 

"iPhone Air" modelində digər telefonlardan fərqli olaraq adi SIM kart yuvası yoxdur. Bu səbəbdən cihaz yalnız eSIM ilə istehsal olunur. Çində isə eSIM ilə avadanlığın istifadəyə verilməsi üçün xüsusi icazə tələb olunur. Odur ki, ABŞ şirkəti ultra nazik modelin satışını təxirə salmalı olub.

Qeyd edək ki, "iPhone 17" seriyasının digər modelləri sentyabrın 19-dan bütün dünyada satışa çıxarılacaq.

XQ

Seçilən
59
10
xalqqazeti.az

7Mənbələr