AZ

ADB ilə Hövsanda tullantı sularının təmizlənməsinə dair saziş imzalanıb

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında ölkənin ən böyük obyektlərindən biri olan Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üzrə PPP (Dövlət-Özəl Tərəfdaşlığı) üzrə Texniki Yardım Sazişi (TAS) imzalanıb.

Publika.az xəbər verir ki, sənəd ADSEA-nın sədri Zaur Mikayılov və ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüş çərçivəsində imzalanıb.

Bu saziş, cari ilin əvvəlində duzsuzlaşdırma zavodunun uğurla tenderə çıxarılmasından sonra Azərbaycanda hazırlanan ikinci PPP layihəsidir.

Görüş zamanı Azərbaycanda dövlət–özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib.

Seçilən
56
8
publika.az

9Mənbələr