AZ

G7 nazirləri Rusiyaya təzyiqi necə artıra biləcəklərini müzakirə etdilər

G7 ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı yeni rüsumları və sanksiyaları müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi assosiasiyanın birgə bəyanatına istinadən məlumat yayıb.

Sənəddə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar və ticarət tədbirləri, həmçinin “Rusiyanın hərbi səylərini asanlaşdıran” ölkələrə rüsumlardan bəhs edilib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin 2026-cı il martın 15-nə qədər uzadılması barədə qərar qəbul edib.

Seçilən
64
25
publika.az

10Mənbələr