ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ administrasiyası Yeddilik Qrupu (G7) ölkələrini Ukraynanın hərbi xərclərini maliyyələşdirmək məqsədilə Rusiya aktivlərinin müsadirəsi üçün qondarma hüquqi mexanizm yaratmağa çağırmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi əldə etdiyi sənədə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ G7 ölkələrinə Rusiyanın dondurulmuş suveren aktivlərinə rəsmi şəkildə həbs qoyulması üçün hüquqi çərçivə formalaşdırmağı və bu vəsaitlərin ya müsadirə olunmasını, ya da Ukraynanın müdafiə xərclərinin maliyyələşdirilməsində istifadə edilməsini təklif edəcək. Xatırladaq ki, Rusiyanın təxminən 300 milyard dollarlıq dondurulmuş aktivlərinin böyük hissəsi Avropadadır.
Bundan əlavə, ABŞ administrasiyası G7-ni Rusiyanın enerji daşıyıcılarını almaqda davam etdiklərinə görə Çin və Hindistana qarşı 50–100% həcmində ikinci dərəcəli rüsumlar tətbiq etməyə də çağıracaq.
Sənəddə həmçinin “kölgə donanması” adlandırılan “Rosneft” və Rusiyanın bir sıra regional banklarına qarşı sanksiyaların sərtləşdirilməsi, süni intellekt və maliyyə texnologiyaları sahəsində xidmətlərin göstərilməsinə qadağalar qoyulması kimi təkliflər də yer alıb.
Qeyd edək ki, daha əvvəl Reuters agentliyi ABŞ Maliyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən xəbər vermişdi ki, Vaşinqton həm G7-ni, həm də Avropa İttifaqını Rusiyadan neft idxalına görə Çin və Hindistana əlavə rüsumlar tətbiq etməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.