BAKI, 13 sentyabr. TELEQRAF
“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Rusiyaya təzyiqin artırılmasının mümkünlüyünü müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə G7-nin birgə bəyanatında deyilir.
Sənəddə Rusiyaya qarşı yeni sanksiyalar və ticarət tədbirlərindən, həmçinin Moskvanın hərbi səylərinə kömək edən ölkələrə qarşı rüsumların tətbiqindən bəhs edilir.