AZ

Azərbaycan şahmatçıları "Grand Swiss"də mübarizəni davam etdirirlər

Səmərqənddə (Özbəkistan) Azərbaycan şahmatçılarının da mübarizə apardığı mötəbər “Grand Swiss” turniri davam edir.

İdman.biz xəbər verir ki, səkkizinci turda Ülviyyə Fətəliyeva çinli Liu Miaoyi ilə xalları bölüşdürərək, oyunu heç-heçə başa vurub.

Gövhər Beydullayeva isveçrəli Mariya Manko üzərində mühüm qələbə qazanıb və bu, ona turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa imkan verib. Xanım Balacayeva isə Aleksandra Kostenyukla heç-heçə oynayıb.

Səkkiz turdan sonra Fətəliyeva və Balacayevanın hərəyə 4,5 xalı var və müvafiq olaraq 12 və 14-cü yerdədir. Beydullayeva 3,5 xal toplayıb və 39-cu yerdədir.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr