AZ

"Qarabağ" "Zirə" ilə bərabərə qaldı, "Araz Naxçıvan"dan qələbə

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.

Bakupost.az QOL.az-a istinadla xəbər verir ki, 4-cü turun ilk oyun günündə iki matç keçirilib.

Turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

4 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan "Araz-Naxçıvan" isə cədvələ liderlik edir.

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkib. Matç 1:1 hesablı bərabərliklə bitib.

3 oyundan sonra 4 xalı olan Ağdam klubu hazırda 5-ci pillədə qərarlaşıb. “Zirə” isə 8 xalla 2-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
www.bakupost.az

1Mənbələr