AZ

Premyer Liqa: “Qarabağ” “Zirə” ilə heç-heçə edib

“Qarabağ” Misli Premyer Liqasında heç-heçə edib.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda “Zirə” ilə üz-üzə gəlib.

“Azersun Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.

39-cu dəqiqədə Ruan Renato “qartallar”ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.

Xallarının sayını 8-ə çatdıran “Zirə” ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır.

Seçilən
3
7
konkret.az

9Mənbələr