AZ

"Qarabağ" "Zirə" ilə heç-heçə etdi

"Qarabağ" Premyer Liqada heç-heçə edib. Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda "Zirə" ilə üz-üzə gəlib"Azersun Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 39-cu dəqiqədə Ruan Renato "qartallar"ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.

Xallarının sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır.

Seçilən
3
7
metbuat.az

9Mənbələr