AZ

Süni yağış və əkinə yararlı yararsız torpaq sahələri ilə bağlı sualların Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəsi yoxdur

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda süni yağışların yağdırılması üçün müasir texnologiyanın tətbiq olunacağı ilə bağlı xəbərlər yayılıb. Mövzu ilə bağlı ötən gün coğrafiyaçı alim Ənvər Əliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişik və süni yağış texnologiyasına büdcədən pul xərcləmək əvəzinə yağış sularının səmərəli istifadəsinə yönəlmək daha effektiv nəticə verə bilər.

Alimin müsahibəsindən sonra mövzu ilə bağlı istiqamətdə yeni suallar yarandı:

Azərbaycanda əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişikmi? Süni yağış texnologiyası əkinə yararsız torpaqları əkinə yararlı edə bilərmi? Yoxsa, əkinə yararlı sahələrdə suvarma sistemlərinin xərclərini azaltmaq üçündür?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Bizimyol.info portalının məsələ ilə bağlı ünvanladığı sualları cavablandırıb: “Bu sualların heç birinin bizə aidiyyəti yoxdur. Bakıda bilirsiniz ki, "Su Həftəsi" keçirilir. Bir neçə gündür ki, bununla bağlı Bakı Ekspo Mərkəzində panel müzakirələrdə müxtəlif qurumlar, ekspertlər çıxış edirlər. Yəqin ki, süni yağışla bağlı dediyiniz məsələ orda səslənib. Paneldə iştirak edib, oradakı ekspertlərdən açıqlama ala bilərsiniz. Kənd Təsərrüfatı Nazirliyinin süni yağışla əlaqəsi yoxdur.

Əkinə yararlı və yararsız torpaq sahələri ilə bağlı zəhmət olmasa Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilərsiniz. Çünki torpaqların təsnifatı və balansı məsələsi onlardadır. Mən təxmini rəqəm deyə bilərəm. Siz Statistika Komitəsindən və Əmlak Məsələləri Dövlət Komitəsindən daha dəqiq rəqəmlər ala bilərsiniz”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
bizimyol.info

1Mənbələr