AZ

Həddindən artıq sərt və ya mülayim tərbiyənin fəsadları

Sərt və ya həddindən artıq mülayim valideyn münasibətləri uşaqlarda mənfi nəticələr doğura bilər.


Pravda.az bildirir ki, valideyn qayğısından məhrum olan uşaqlar dost çevrəsinə meyil edir, gecə vaxtı çölə çıxmağa və erkən yaşda alkoqol istifadəsinə daha açıq olurlar. Yetkinlik dövründə isə tərk edilmə qorxusu, etimad çatışmazlığı və bağlanma problemləri ilə üzləşə bilərlər.


Həddindən artıq mülayim valideynlikdə isə uşaqlara sərhəd qoyulmur, bu isə gerçək həyata uyğun olmayan özünəinam formalaşdırır. Belə uşaqlar qaydalı mühitlərdə çətinlik çəkir, otorite ilə problem yaşayır, tənqidə qarşı aqressiv ola bilirlər.


Mütəxəssislər vurğulayır ki, yanlış valideyn davranışları uşaqların şəxsiyyət və kimlik inkişafına mənfi təsir edir. Sağlam nəsillərin yetişməsi üçün valideynlər erkən mərhələdə bu vərdişlərin fərqinə varmalı və lazım gələrsə, peşəkar dəstək almalıdırlar.


Əminə Bayramova 

Tarix: 12 Sentyabr 2025, 17:36   
Seçilən
27
pravda.az

1Mənbələr