Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Şəki, 12 sentyabr, AZƏRTAC
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Vərəzət yolu ilə hərəkət edən 2004-cü il təvəllüdlü Şahnaz Kərimovanı "VAZ-21010" markalı avtomobil vurub.
Nəticədə xəsarət alan Ş. Kərimova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.