AZ

"Giorgio Armani" brendi kimə miras qaldı?

Fondu son illərdə Corco Armaninin ən yaxın köməkçisi olan dostu və ortağı Pantaleo dell Orko, qardaşının qızı və bacısının oğlu idarə edəcəklər.

Kulis.az xəbər verir ki, dərc edilmiş vəsiyyətnamələrdən aydın olub ki, şirkətdə səsvermə hüququnun 40%-i dell Orkoya, 30%-i fonda və 15%-i mərhum qardaşı Sercionun qızlarından birinə və 15%-i bacısı Rozannanın oğluna aiddir.

Daha əvvəl məlum olmuşdu ki, sentyabrın 4-də 91 yaşında vəfat edən Armani ölümündən bir müddət əvvəl iki vəsiyyətnamə qoyub: Biri martın 15-də, digəri isə aprelin 5-də tərtib olunub.

Qeyd edək ki, sənədlərin olduğu zərflər dəfn mərasiminin ertəsi - sentyabrın 9-da açılıb.

Seçilən
25
2
kulis.az

6Mənbələr