Dişləri sağlam saxlamaq üçün gündəlik fırçalama vacibdir, lakin həddindən artıq və sərt fırçalama zərər verə bilər.
Pravda.az bildirir ki, bu vərdiş diş minasını aşındıraraq dişlərin saralmasına, diş ətlərinin zədələnməsinə və həssaslığın artmasına səbəb ola bilər.
Bundan əlavə, çox fırçalama uşaqlarda florid maddəsinə həddindən artıq məruz qalma riskini artırır ki, bu da dişlərdə ləkələrə gətirib çıxara bilər.
Stomatoloqlar tövsiyə edirlər ki, dişlər yumşaq tüklü fırça ilə, dairəvi hərəkətlərlə və təzyiq göstərmədən, gündə 2-3 dəfə və 2 dəqiqədən çox olmayaraq fırçalanmalıdır. Bu, həm ağız sağlamlığını qoruyur, həm də dişlərin saralmasının qarşısını alır.
Əminə Bayramova
Tarix: 12 Sentyabr 2025, 17:24