Bu gün Bakı Musiqi Akademiyasının Opera zalında K-Pop janrında Koreya musiqi festivalı keçirilib.
Kulis.az xəbər verir ki, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib və tədbir böyük coşqu ilə baş tutub.
Bu, Azərbaycan gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.
Qeyd edək ki, bu il festival üçün ümumilikdə 24 komanda müraciət edib, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.