AZ

Tramp: "Kirkin qətlində şübhəli bilinən şəxs həbsdədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs, çox güman ki, həbsdədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Çox ehtimal ki, o, indi həbsdədir. Son iki gün yarım ərzində çox iş görülüb. Şübhəli şəxsə çox yaxın olan biri onun barəsində məlumat verib… Ümid edirəm ki, ona ölüm cəzası təyin olunacaq", - deyə Tramp vurğulayıb.
Prezident əlavə edib ki, şübhəlinin əlbirlərinin olduğuna dair hələ heç bir sübut yoxdur.
Xatırladaq ki, sentyabrın 10-da 31 yaşlı Çarli Kirk Yuta Universitetində çıxış edərkən güllələnib. Fəal aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. Kirk Donald Trampın sadiq tərəfdarı kimi tanınırdı.
Seçilən
48
22
oxu.az

10Mənbələr