AZ

Naxçıvanda xəstəxana üçün laboratoriya avadanlıqlarının alınmasına 1.8 milyon xərclənəcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika xəstəxanası üçün laboratoriya avadanlıqlarının alınmasına 1 875 000 AZN sərf ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, avadanlıqlar “Azəri Med” QSC-dən alınacaq.

 

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminat Mərkəzi” publik hüquqi şəxsi və “Azəri Med” arasında müqavilə bağlanıb.

 

Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

 

Cabir

Tarix: 12 Sentyabr 2025, 16:32   
Seçilən
28
pravda.az

1Mənbələr