1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Administrasiyası siyasi fəal Çarli Kirkə qarşı sui-qəsd ilə bağlı sosial şəbəkələrdə hörmətsiz paylaşımlara görə əcnəbiləri mümkün viza məhdudiyyətləri ilə hədələyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau "X" hesabında yazıb.
"Vurğulamaq istəyirəm ki, zorakılığı və nifrəti tərənnüm edən əcnəbilər ölkəmizdə xoş qarşılanmırlar. Sosial şəbəkələrdə bəzilərinin baş verənləri təqdir etməsi, bəraət qazanması və ya ələ salması mən iyrəndirdi", - deyə o bildirib.
Landau əlavə edib ki, konsulluq əməkdaşlarına müvafiq tədbirlərin görülməsi barədə göstəriş verib.
Xatırladaq ki, Çarli Kirkə qarşı sui-qəsd sentyabrın 10-da ABŞ-nin Yuta ştatında baş verib. O, universitet şəhərciyində çıxışı zamanı təxminən 800 m məsafədən güllə ilə boynundan vurulub. ABŞ-də sentyabrın 14-dək bütün dövlət bayraqları Kirkin xatirəsinə yarıya qədər endiriləcək.
Qeyd edək ki, 31 yaşlı Çarli Kirkin sosial şəbəkələrdə 20 milyondan çox izləyicisi var idi.