AZ

Zaxarova: Bakı-İrəvan sazişi bu üç ölkənin də maraqlarına uyğun olmalıdır

BAKI, 12 sentyabr. TELEQRAF

“Azərbaycan və Ermənistanın özlərinin də qeyd etdiyi kimi, görüləsi işlər çoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına istinadla deyib.

“Xüsusən də qalan fikir ayrılıqlarını aradan qaldırmaq, sülh müqaviləsi imzalamaq, sərhədin delimitasiya və demarkasiyasını ədalətli əsaslarla başa çatdırmaq, nəqliyyat kommunikasiyalarını açmaq və bunu hər iki ölkənin, eləcə də siyasi-iqtisadi baxımdan regionun ən böyük qonşularının maraqlarına uyğun şəkildə etmək lazımdır. Bunlara Türkiyə, Rusiya və İran daxildir”, - Zaxarova qeyd edib.

Seçilən
56
teleqraf.com

1Mənbələr