AZ

Rektor Yusif Yusibov mebel mağazası ilə müqvilə bağlaya bilər - 116 min manatlıq

Gəncə Dövlət Universitetində inventarların satınalınması ilə bağlı müsabiqənin qalibi məlum olub.

Hurriyyet.az xəbər verir ki, tenderin qalibi “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti olub. Tərəflər arasında 116 117,9 AZN məbləğində müqavilənin bağlanacağı gözlənilir.

32gun.az

Satınalma siyahısına kitab rəfi (3 mərtəbəli, şüşəsiz laminat stellyaj), kompüter masası, tələbə evi üçün dolab, sənəd dolabları (şüşəli və şüşəsiz), müəllim masası (140x70x75), kabinet mebel dəsti kreslolarla birlikdə, qonaq kresloları, stullar, kitab dolabı (şüşəli), jalüzlər, xalçalar, jurnal masası (90x60x45) və digər inventarlar daxildir.

Xatırladaq ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovdur.

Seçilən
58
3
hurriyyet.az

4Mənbələr