AZ

Naxçıvanda 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrasına hazırlıqla bağlı müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətindən “Xalq” qəzetin verilən  xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına hazırlıqla bağlı onlayn müşavirə keçirib.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli, 611 nömrəli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub. Baş nazir qeyd edib ki, yeni strategiyanın hazırlanması prosesində Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması məqsədilə verilmiş tapşırıqlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının mövcud imkanları nəzərə alınmalı, qarşıya qoyulan hədəflər real, dəqiq və ölçülə bilən indikatorlara əsaslanaraq muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün zəruri məsələlər hərtərəfli qiymətləndirilməli və növbəti dövr üçün əhəmiyyətli layihələr də diqqətdə saxlanılmalıdır.

Ceyhun Cəlilov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək təkliflərin hazırlanması istiqamətində zəruri addımlar atılmalı, təşkilati məsələlər operativ şəkildə yekunlaşdırılmalı və strategiyada nəzərdə tutulacaq təkliflər müzakirə olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

XQ

 

Seçilən
29
3
xalqqazeti.az

4Mənbələr