Keçmiş ulduz futbolçu Tyaqo Alkantara bir zamanlar formasını geyindiyi "Barselona"ya qayıdıb.
Milli.Az , kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşqçilər korpusunda yer alacaq.
34 yaşlı keçmiş orta xətt oyunçusu futbolçulara taktiki məsələlərdə məşq keçəcək.
Qeyd edək ki, Tyaqo Alkantara 2024-cü ilin iyulundan avqustuna kimi "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində işləyib.
Ötən yay karyerasını başa vuran futbolçu "Barselona", "Bavariya" və "Liverpul" kimi Avropa nəhənglərində forma geyinib.
Tural
Milli.Az