Almaniya hökuməti rusiyalı turistlərə Şengen vizalarının verilməsi qaydalarını sərtləşdirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, bu ideya Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planları fonunda yaranıb. Məlumatda deyilir ki, Almaniya Avropa Komissiyasının 2022-ci ildə dərc olunmuş tövsiyələrini həyata keçirmək və rusların turizm, alış-veriş üçün Avropa ölkələrinə səyahətini məhdudlaşdırmaq istəyir.
O da qeyd olunur ki, rusiyalı turistlər hazırda aktiv şəkildə Avropaya səfərlərini davam etdirirlər.