AZ

İşsizlərin sayı artıb, işsizlikdən sığorta ödənişi azalıb

BAKI, 12 sentyabr. TELEQRAF

2025-ci il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 237 min nəfər olub.

Teleqraf xəbər verir ki, onların 50,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436,7 manat olub.

Dövlət Statistika Komitəsinin rəqəmlərinin təhlili göstərir ki, işsizlərin sayı artıb. Belə ki, 2025-ci il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər təşkil edib. Onların 49,7 faizini qadınlar təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.

Seçilən
66
2
teleqraf.com

8Mənbələr